Kriminal

Neftçalada avtomobil qadını vuraraq öldürüb

19 Mar 2026, 23:24 1 baxış
Neftçalada avtomobil qadını vuraraq öldürüb
Neftçala rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala yolunun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, minik avtomobili yolu keçən qadını vurub. Zərərçəkən Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər