Kriminal

Hacıqabulda avtomobil aşdı, üç nəfər xəsarət aldı

19 Mar 2026, 20:15 1 baxış
Hacıqabulda avtomobil aşdı, üç nəfər xəsarət aldı

Hacıqabulda yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.


Axar.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, hərəkətdə olan "Opel" markalı avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb.


Qəza nəticəsində Mingəçevir şəhər sakini, 2003-cü il təvəllüdlü Əhmədova İlahə, Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Əhmədova Əfiqə, Saatlı rayon sakini, 1999-cuil təvəllüdlü Ağayev Miryəhya müxtəlif dərəcəli xəsarətlər alıblar.


Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər