Dünya
Trampın Si Cinpinlə görüşünün təxirə salınmasına Çindən reaksiya
Rəsmi Pekin ABŞ Prezidenti Donald Trampın Çin Sədri Si Cinpinlə görüşünü təxirə salmaq qərarından məyus olub. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ-nin İrana qarşı əməliyyatı səbəbindən sammitin təxirə salınması qərarına Çində sakit qıcıqlanmadan ictimai tənqidə qədər müxtəlif reaksiyalar verilib. Keçmiş yüksəkvəzifəli ABŞ diplomatı və Asiya Cəmiyyəti Siyasət Araşdırmaları İnstitutunun vitse-prezidenti Denni Rassel nəşrə bildirib ki, Pekin qəfil, son anda ləğvi hörmətsizlik kimi qiymətləndirir. "Belə bir məqamda məyusluq hiss olunur", - deyə nəşrdə qeyd olunub.
Mənbə
oxu.az