Dünya
Tailandın yeni rəhbəri bəlli oldu
Tailand parlamenti Anutin Çanvirakunu ölkənin 33-cü baş naziri vəzifəsinə seçib. Oxu.Az News.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Sofon Saram məlumat verib. Məlumata görə, hökumətin yeni rəhbərinin səlahiyyət müddəti 2026-cı ildən 2030-cu ilədək davam edəcək. Çanvirakunun namizədliyini 293 parlament üzvü dəstəkləyib. Onun əsas rəqibi Nattafonq Ruanqpanyavut isə 119 səs toplayıb. Yerdə qalan 86 deputat bitərəf qalmağa üstünlük verib.
Mənbə
oxu.az