Dünya

İsrailin İrana zərbələri ərəb ölkələrində narazılıq yaratdı

19 Mar 2026, 10:08 2 baxış
İsrailin İrana zərbələri ərəb ölkələrində narazılıq yaratdı
Ərəb hökumətləri İsrailin İranın Cənubi Pars qaz yatağı obyektlərinə hücumlarından və ABŞ-nin onun qarşısını ala bilməməsindən qəzəbləniblər. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məqalə dərc edib. Qeyd olunub ki, ərəb ölkələri ABŞ və İsrailin İranın enerji infrastrukturuna hücumlarını dayandırmaq üçün Tramp administrasiyasına fəal şəkildə lobbiçilik ediblər və indi özlərinin hədəfə alındıqlarını hiss edirlər. "İsrailin Qətərin Şimal poliqonunun davamı olan İranın Cənubi Pars poliqonu ilə əlaqəli obyektlərə zərbələr endirməsi regionda mövcud hərbi gərginlik fonunda təhlükəli və məsuliyyətsiz addımdır," - deyə Qətərin baş nazirinin müşaviri Məcid Əl-Ənsari bildirib. Bundan əvvəl Donald Tramp İranın Qətərə hücum edəcəyi təqdirdə ABŞ-nin Cənubi Parsı məhv etməyə hazır olduğunu bildirib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər