Dünya

Almaniya Ukrayna üzrə danışıqlarda Avropanın iştirakını tələb edir - Kanslerdən ABŞ-yə sərt tənqid

19 Mar 2026, 10:52 2 baxış
Almaniya Ukrayna üzrə danışıqlarda Avropanın iştirakını tələb edir - Kanslerdən ABŞ-yə sərt tənqid
Almaniya Kansleri Fridrix Merts ABŞ-ni sərt tənqid edərək, Ukrayna münaqişəsi ilə bağlı danışıqlar masasında Avropanın yer alması tələbini irəli sürüb. Oxu.Az xəbər verir ki, bu barədə "Die Welt" nəşri məlumat yayıb. "Danışıqların yalnız Rusiya və ABŞ arasında, Ukrayna və avropalılardan yan keçməklə aparılması mümkün deyil", - deyə o, şikayətlənib. Merts qeyd edib ki, Avropa Ukrayna üçün razılaşdırılmış 90 milyard avro kreditin çatdırılmasını təcili şəkildə həyata keçirməlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər