Dünya
Vaşinqtonda Rubio ilə Heqsetin yaşadıqları hərbi baza üzərində naməlum dronlar müşahidə edilib
ABŞ Dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqsetin yaşadıqları Vaşinqtondakı hərbi bazanın üzərində naməlum dronlar müşahidə edilib. Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) məlumat yayıb. Bildirilib ki, son 10 gündə ilk dəfə "Fort Makneyr" hərbi bazası üzərində bir neçə dron müşahidə edilib. Xəbərə görə ABŞ hakimiyyəti onların haradan gəldiyini araşdırmayıb. Nəşrdə qeyd olunub ki, Vaşinqton Administrasiyası İranın ABŞ ərazisində, dövlət rəsmilərinə qarşı cavab zərbələrindən ehtiyat edir. Dronlara qarşı təhlükəsizlik tədbirləri gücləndirilib. ABŞ hakimiyyəti Rubio və Heqsetin təxliyəsini nəzərdən keçirsə də, bunu reallaşdırmayıb. Qeyd olunub ki, hadisəyə cavab olaraq potensial tədbirlər daha sonra Ağ Evdəki görüşdə müzakirə edilib.
Mənbə
oxu.az