Kriminal

Səhər saatlarında Bakıda ölümlə nəticələnən qəza olub - VİDEO

19 Mar 2026, 08:16 1 baxış
Səhər saatlarında Bakıda ölümlə nəticələnən qəza olub - VİDEO
Heydər Əliyev prospektində, metronun "Koroğlu" stansiyasının yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.

Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib. Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Faktla bağlı araşdırma aparılır.
123
Mənbə oxu.az

Oxşar Xəbərlər