Dünya

Türkiyədə maraqlı görüntülər: Sahibsiz atlar təhlükə yaratdılar - VİDEO

19 Mar 2026, 06:44 2 baxış
Türkiyədə maraqlı görüntülər: Sahibsiz atlar təhlükə yaratdılar - VİDEO
Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunda sürücülər maraqlı və eyni zamanda təhlükəli anlarla qarşılaşıblar. DHA agentliyinə istinadən xəbər verir ki, Riva yolunda sərbəst gəzən altı at nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradıb. Hadisə yoldan keçən sürücülərdən biri tərəfindən mobil telefonun yaddaşına köçürülüb.
Yol boyu sürətlə qaçan sahibsiz atları görən sürücülər qəza riskindən qaçmaq üçün sürət həddini minimuma endirməli olublar. Bu səbəbdən nəqliyyatın hərəkətində qısa müddətli ləngimələr yaranıb. Bir müddət Riva yolunun girişində dayanan atlar daha sonra əks istiqamətə qaçaraq ərazidən uzaqlaşıblar. Xoşbəxtlikdən hadisə zamanı hər hansı qəza və ya xəsarət alan olmayıb.
Mənbə oxu.az