Dünya

Dünyanın ilk eksperimental kvant batareyası Avstraliyada yaradıldı

19 Mar 2026, 05:46 2 baxış
Dünyanın ilk eksperimental kvant batareyası Avstraliyada yaradıldı
Avstraliyalı tədqiqatçılar dünyada ilk sınaq kvant akkumulyatorunun yaradılmasına nail olublar. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Bu yeni enerji daşıyıcısı kvant mexanikası qanunları əsasında fəaliyyət göstərir və səmərəlilik baxımından ənənəvi akkumulyatorları qabaqlamaq potensialına malikdir. Alimlər hələlik qurğunun lazer vasitəsilə simsiz şəkildə şarj edilən ilkin prototipini hazırlayıblar. Avstraliyanın Elmi və Sənaye Tədqiqatları Təşkilatının (CSIRO) aparıcı mütəxəssisi Ceyms Kuaç bildirib ki, bu, tam iş dövrünü (tsiklini) uğurla keçən ilk versiyadır: "Siz cihazı şarj edirsiniz, enerjini depolayırsınız və ehtiyac olduqda ondan istifadə edirsiniz". Kvant akkumulyatorlarının ən mühüm özəlliyi onların enerji toplama sürətidir. Standart batareyalarda şarj müddəti onların həcmi ilə düz mütənasibdir, yəni cihaz nə qədər böyükdürsə, enerjinin dolması da bir o qədər çox vaxt tələb edir. Lakin kvant batareyalarında proses tamamilə fərqli cərəyan edir. C. Kuaçın sözlərinə görə, bu texnologiyada həcm nə qədər böyük olarsa, cihazın şarj olunması üçün tələb olunan zaman bir o qədər azalır.
Mənbə oxu.az

Oxşar Xəbərlər