Dünya

Finlandiyada qəribə hadisə: Siçovullar minlərlə abunəçini işıqsız qoydular

19 Mar 2026, 03:44 2 baxış
Finlandiyada qəribə hadisə: Siçovullar minlərlə abunəçini işıqsız qoydular
Finlandiyanın Tampere şəhərində siçovulların yaratdığı fəsad kütləvi elektrik kəsintisinə səbəb olub. Hadisə nəticəsində Hyarmyalya və Rantaperkkiyo rayonlarında "Tampere Energia" şirkətinin təxminən 5 500 abunəçisi enerjisiz qalıb. Oxu.Az "Aamulehti" qəzetinə istinadən xəbər verir ki, gəmiricilər açıq avadanlıqların üzərinə dırmaşaraq kabel şəbəkəsini zədələyiblər. Şirkətin əməliyyat direktoru Youni Vanxanarkaus bildirib ki, bu, eyni obyektdə baş verən artıq ikinci belə hadisədir. Qeyd olunur ki, cari qışın əvvəlində də analoji hal qeydə alınmışdı. Hər iki qəzadan sonra hadisə yerində qısaqapanma nəticəsində tələf olmuş siçovullar tapılıb. "Qışın əvvəlində eyni yerdə nasazlıq yarananda ölü siçovul aşkar etmişdik. Müəyyən korreksiyaedici tədbirlər görməyə çalışsaq da, görünür, bu kifayət etməyib. İndi daha fərqli həll yolları barədə düşünməliyik", - deyə direktor vurğulayıb. Youni Vanxanarkaus 20 illik fəaliyyəti dövründə belə bir halla qarşılaşmadığını qeyd edib. Onun sözlərinə görə, quşların hava elektrik xətlərində problem yaratması normal sayılsa da, gəmiricilərin yeraltı kabel şəbəkəsinə bu dərəcədə zərər vurması nadir hadisədir. Məlum olub ki, siçovullar avadanlıqların yaxınlığındakı beton qutunun altında özlərinə yuva qurublar. İlk hadisədən sonra mütəxəssislər həmin boşluğu çınqıl daşla örtməyə çalışıb və xüsusi zəhərlərdən istifadə ediblər, lakin bu tədbirlər gəmiricilərin qarşısını almağa yetməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər