Dünya

Peskov: "Rusiya-ABŞ-Ukrayna üçtərəfli qrupun işi dayandırılıb"

19 Mar 2026, 02:39 2 baxış
Peskov: "Rusiya-ABŞ-Ukrayna üçtərəfli qrupun işi dayandırılıb"
"Rusiya və Ukrayna arasında Birləşmiş Ştatların vasitəçi qismində iştirakı ilə üçtərəfli danışıqlar prosesi dayandırılıb". Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. O qeyd edib ki, Rusiya prezidentinin xarici dövlətlərlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ikitərəfli Rusiya-Amerika qrupu formatında öz fəaliyyətini dayandırmayıb. "Kirill Dmitriyev işləməyə davam edir. Üçtərəfli qrup isə fəaliyyətinə fasilə verib", - Peskov dəqiqləşdirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər