Dünya

Trampın yadplanetlilər barədə açıqlamasından sonra ABŞ hökuməti yeni domen qeydiyyatdan keçirib

19 Mar 2026, 01:30 2 baxış
Trampın yadplanetlilər barədə açıqlamasından sonra ABŞ hökuməti yeni domen qeydiyyatdan keçirib
ABŞ hökuməti aliens.gov domenini qeydiyyatdan keçirib. Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb. Bu addım ABŞ Prezidenti Donald Trampın yadplanetlilər və UNO-larla bağlı sənədləri açıqlayacağına dair vədindən sonra atılıb. Hazırda linkə daxil olduqda səhifə boşdur və heç bir məzmun yerləşdirilməyib. Qeyd olunur ki, "aliens" sözü həm yadplanetlilər, həm də ABŞ-də yaşayan əcnəbilər mənasını verə bilər. Buna görə saytın hansı mövzuya həsr olunacağı hələlik məlum deyil. Bildirilir ki, domen martın 18-də ABŞ Prezidentinin İcra Aparatı tərəfindən qeydiyyata alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər