Dünya
Slovakiyanın baş naziri fabrikdə gecə növbəsində işləmək istəyir
Slovakiyanın Baş naziri Robert Fitso əməkçilərə hörmət əlaməti olaraq 30 aprel-1 may tarixlərində fabrikdə gecə növbəsində işləyəcəyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə o, "Facebook" sosial şəbəkəsində paylaşım edib. "Gecə növbəsində çalışan insanlara bir daha hörmətimi ifadə etmək və onlara qoşulmaq istəyirəm", - deyə siyasətçi qeyd edib. Fitso ənənəvi olaraq hər il 1 May ərəfəsində Slovakiyanın müəssisələrindən birində çalışır. Bu il hansı fabrikdə işləyəcəyini isə açıqlamayıb.
Mənbə
oxu.az