Dünya

Yaxın Şərqdə gərginlik pik həddə: Qətərin nəhəng qaz zavodu raket atəşinə tutuldu

18 Mar 2026, 23:48 2 baxış
Yaxın Şərqdə gərginlik pik həddə: Qətərin nəhəng qaz zavodu raket atəşinə tutuldu
Qətərin "Qatar Energy" dövlət neft-qaz şirkəti Rəs-Laffan şəhərində yerləşən mayeləşdirilmiş təbii qaz (LNG) zavodunun raket zərbələri nəticəsində ciddi zərər gördüyünü bəyan edib. TASS agentliyinə istinadən xəbər verir ki, şirkət sənaye obyektinin hədəf alındığını rəsmən təsdiqləyib. Bildirilib ki, hadisə yerinə dərhal fövqəladə hallar xidməti cəlb olunub və yanğının söndürülməsi üçün genişmiqyaslı tədbirlər görülüb. Zərərin miqyası ciddi olsa da, ilkin məlumata görə, xəsarət alan yoxdur. Xatırladaq ki, daha əvvəl Qətər hakimiyyəti İranın təhdidləri fonunda Rəs-Laffandakı LNG kompleksindən işçi heyətinin təxliyəsinə başlamışdı. Hadisənin kökündə duran gərginlik isə İranın Buşehr vilayətinin Əsəluye bölgəsində yerləşən "Cənubi Pars" yatağında ABŞ və İsrailin zərbələri nəticəsində baş verən yanğın olub. Bu insidentdən sonra İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki enerji obyektlərinə hücum edəcəyini bəyan etmişdi.
Mənbə oxu.az