Dünya

Buşehrdə gərginlik: Mərmi zərbəsi AES-in yaxınlığına düşüb

18 Mar 2026, 21:48 2 baxış
Buşehrdə gərginlik: Mərmi zərbəsi AES-in yaxınlığına düşüb
Buşehr AES-in reaktorundan 350 metr məsafədə yerləşən konstruksiya mərmi zərbəsi nəticəsində dağılıb. Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) "X" sosial şəbəkəsində məlumat yayıb. Bildirilib ki, reaktora ziyan dəyməyib və personal xəsarət almayıb. Agentliyin baş direktoru Rafael Qrossi qeyd edib ki, atom elektrik stansiyalarına və ya onların yaxınlığına hücumlar nüvə təhlükəsizliyinin əsas prinsiplərini pozur və belə hallar heç vaxt baş verməməlidir. Qeyd edək ki, İran daha əvvəl Buşehr AES ərazisinə mərmi düşdüyünü açıqlamışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər