Dünya
Slovakiyanın baş naziri: "Kaya Kallas vəzifədən getməlidir"
Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallasın vəzifədən uzaqlaşdırılmasını tələb edib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Fitso bildirib ki, o, Avropa İttifaqında ciddi dəyişikliklərin tərəfdarıdır və qurumun rəhbərliyini tənqid edib. Onun sözlərinə görə, Aİ-də güclü liderlər yoxdur və bu səbəbdən birlik inkişaf edə bilmir. Baş nazir qeyd edib ki, Kaya Kallasın əvəzlənməsi Avropa Komissiyası çərçivəsində ciddi dəyişikliklərə səbəb olacaq. O vurğulayıb ki, əgər Aİ qlobal siyasətdə söz sahibi olmaq və Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında iştirak etmək istəyirsə, danışıqlar aparmaq qabiliyyətinə malik şəxsə ehtiyac var.
Mənbə
oxu.az