Kriminal

Balakəndə avtoxuliqanlıq edən sürücü həbs olundu

18 Mar 2026, 18:16 1 baxış
Balakəndə avtoxuliqanlıq edən sürücü həbs olundu
Balakəndə avtoxuliqanlıq edən sürücü həbs olunub. Oxu Az-ın məlumatına görə, Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə avtoxuliqanlıq edən sürücü Elnur Yusubov saxlanılıb. O, idarə etdiyi nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib. Həmin şəxs barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə E.Yusubov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 23 sutka inzibati qaydada həbs olunub. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər