Kriminal

Qazaxda AĞIR QƏZA: Xəsarət alanlar var

18 Mar 2026, 11:04 1 baxış
Qazaxda AĞIR QƏZA: Xəsarət alanlar var
Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib. İki avtomobilin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Qazax Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstəxanaya hospitalizasiya olunan şəxslərə ilkin tibbi yardım göstərilib, vəziyyətləri normal olduğu üçün evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər