Digər

ABŞ İranda quru əməliyyatı keçirə bilər - Uolts

16 Mar 2026, 00:31 2 baxış
ABŞ İranda quru əməliyyatı keçirə bilər - Uolts

Zərurət yaranacağı təqdirdə, Pentaqon məhdud quru əməliyyatı keçirə bilər.


Axar.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts deyib.


"Əgər prezidentə məqsədyönlü, məhdud ssenarini işə salmaq lazım gələrsə, heç bir şübhəm yoxdur ki, Pentaqon onu təmin edə biləcək", - deyə Uolts vurğulayıb.


Bununla belə, daimi nümayəndə işarə edib ki, Birləşmiş Ştatların İrana qarşı mümkün hərbi əməliyyatları 2003-cü ildə İraqda baş verənlərə bənzər genişmiqyaslı müdaxiləyə çevrilməyəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər