Digər
İranda ABŞ və İsrail zərbələrini çəkən 18 nəfər həbs edildi
İranda ABŞ və İsrailin zərbələrinin nəticələrini foto və videoya çəkən 18 nəfər saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə İslam Respublikası Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, saxlanılanlar terror şəbəkəsinin və "İnternəşnl" media mərkəzinin əməkdaşları olub və onlar sionist-ABŞ tərəfindən həyata keçirilən bombardman yerlərinin görüntülərini qarşı tərəfə ötürüb.
İranın dövlət televiziya və radio şirkətinə istinadən bildirilib ki, əlavə 21 nəfər də müvafiq "məhkəmə tədbirləri"nə cəlb olunub.
Mənbə
axar.az