Dünya

ABŞ Yaxın Şərqə 10 000 Ukrayna dronu göndərib

13 Mar 2026, 22:36 2 baxış
ABŞ Yaxın Şərqə 10 000 Ukrayna dronu göndərib
Pentaqon İranın hücumlarının qarşısını almaq üçün Yaxın Şərqə Ukraynada hazırlanmış 10 000 ədəd dron göndərib. Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin ordu naziri Den Driskoll "Bloomberg"ə müsahibəsində bildirib. Qeyd olunub ki, süni intellekt dəstəyi ilə işləyən "Merops" dronları İrana qarşı əməliyyat başlayandan sonra beş gün ərzində bölgəyə göndərilib. Bu aparatların "Eagle" layihəsi çərçivəsində hazırlandığı və daha sonra 2024-cü ildə Ukraynaya göndərildiyi qeyd olunur. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu gün ABŞ-nin İrandan gələn hücumların qarşısını almaq üçün Ukraynanın köməyinə ehtiyac duymadığını bildirib. Onun sözlərinə görə, Kiyev İranın dron zərbələrinin dəf edilməsində ABŞ-yə heç bir kömək göstərmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər