Dünya

Antonio Quterreş Livana dəstək üçün 325 milyon dollarlıq kampaniya elan etdi

13 Mar 2026, 21:12 2 baxış
Antonio Quterreş Livana dəstək üçün 325 milyon dollarlıq kampaniya elan etdi
Livanda səfərdə olan BMT-nin baş katibi Antonio Quterreş "Hizbullah" və İsrail arasındakı müharibənin yaratdığı böhran şəraitində Livanı dəstəkləmək üçün 325 milyon dolların toplanması məqsədilə humanitar kampaniyanın başlandığını elan edib. Oxu.Az-ın AFP nəşrinə istinadən xəbərinə görə, bu barədə Antonio Quterreş BMT qurumlarının və donor ölkələrin nümayəndələrinin qatıldığı konfransda çıxışı zamanı məlumat verib. "Livan xalqını dəstəkləmək üçün 325 milyon dollarlıq təcili humanitar yardım çağırışını işə salırıq. Bu çağırış növbəti üç ay ərzində qida məhsulları, təmiz su, tibbi xidmət, təhsil, müdafiə və digər zəruri xidmətlər daxil olmaqla, həyati əhəmiyyətli yardımın göstərilməsinə və genişləndirilməsinə imkan verəcək", - deyə o əlavə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər