Dünya

Tramp neft tankerlərini Hörmüz boğazından qorxmadan keçməyə çağırıb

13 Mar 2026, 17:18 2 baxış
Tramp neft tankerlərini Hörmüz boğazından qorxmadan keçməyə çağırıb
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın fikrincə, neft daşıyan gəmilər Hörmüz boğazından heç nədən çəkinmədən, cəsarətlə hərəkət etməlidirlər. Oxu.Az məlumat verir ki, dövlət başçısı bu barədə fikirlərini "Fox News" telekanalına müsahibəsi zamanı səsləndirib. "Cəsarət nümayiş etdirərək Hörmüz boğazından irəliləməlisiniz. Çəkinməli heç bir hal yoxdur. Onların (İranın) hərbi dəniz qüvvələri mövcud deyil, çünki biz onların bütün gəmilərini batırmışıq", - deyə Tramp qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər