Cəmiyyət

Azərbaycanda 10 ölkədən 22 media nümayəndəsi fəaliyyət göstərir

13 Mar 2026, 11:33 2 baxış
Azərbaycanda 10 ölkədən 22 media nümayəndəsi fəaliyyət göstərir
2025-ci ildə 10 ölkədən olan 22 media nümayəndəsi ölkəmizdə jurnalist kimi fəaliyyət göstərmək üçün uzunmüddətli akkreditasiyadan keçib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin martın 13-də keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı"nda əksini tapıb. Qeyd edilib ki, 2025-ci ildə ölkəmizdə keçirilən müxtəlif tədbirlər, habelə ölkəmizin azad edilmiş ərazilərinin minalardan təmizlənməsi və keçmiş məcburi köçkünlərin qayıdışı, postmünaqişə dövründə regionda vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, ölkəmizin tarixi, mədəniyyəti, mətbəx və turizm potensialının işıqlandırılması məqsədilə 37 ölkədən 506 xarici media nümayəndəsi qısamüddətli akkreditasiyadan keçərək ölkəmizə səfər edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər