Cəmiyyət

Erkən evlilik faktları üzrə 22 halın qarşısı alınıb

13 Mar 2026, 11:34 2 baxış
Erkən evlilik faktları üzrə 22 halın qarşısı alınıb
2025-ci ildə uşaq və ailələrə dəstək mərkəzləri tərəfindən 1.2 min ailəyə baş çəkilib. Bu səfərlərin 560-ı təhsildən yayınma, erkən evlilik, məişət zorakılığı, ailə mübahisələri, uşaqla ünsiyyət, qəyyumluq və himayə məsələləri ilə bağlı olub. Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Sənəddə qeyd edilib ki, erkən evlilik faktları üzrə 36 ailəyə səfər edilib, 22 halın qarşısı alınıb, 81 uşaq təhsilə cəlb edilib. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər