Cəmiyyət
İcra başçısı köməkçisini işdən çıxardı - ÖZƏL
Füzuli Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi tutduğu vəzifədən azad edilib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, icra başçısı Alı Alıyev bu barədə əmr imzalayıb. Əmrə əsasən, icra başçısının köməkçisi İlkin Əmirli işdən çıxarılıb. Xatırladaq ki, bir müddət əvvəl icra başçısı A.Alıyev müavini Gülbahar Eyvazovanı vəzifəsindən azad edib. Samir Əli
Mənbə
oxu.az