Digər
Yaponiya gəmisi Hörmüz boğazında zədələndi
Yaponiya bayrağı altında üzən “One Majesty” (“Bir Əzəmət”) konteyner gəmisi Fars körfəzində lövbər salarkən zədələnib.
Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
Məlumata görə, ekipaj üzvləri gəminin arxa hissəsində güclü zərbə hiss etdiklərini bildiriblər. Gəmi Hörmüz boğazından təxminən 60 mil (96 km) cənub-qərbdə olarkən zədə aşkar edilib.
Bütün ekipaj üzvləri təhlükəsizdir və gəmi fəaliyyətini davam etdirir.
Mənbə
axar.az