Digər

Tehranda ictimai nəqliyyat pulsuz oldu

12 Mar 2026, 13:51 9 baxış
Tehranda ictimai nəqliyyat pulsuz oldu

Müharibə dövründə İranın paytaxtı Tehran şəhərində ictimai nəqliyyat pulsuz olacaq.


Axar.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi Tehran qubernatoruna istinadla məlumat yayıb.


Məlumata görə, bu siyasətin məqsədi xalqı dəstəkləmək və yanacaq istehlakını idarə etməkdir.


Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər