Digər

Baku TV-nin "YouTube"da baxış sayı 2 milyardı ötüb

12 Mar 2026, 11:54 2 baxış
Baku TV-nin "YouTube"da baxış sayı 2 milyardı ötüb
Baku TV-nin Azərbaycan dilində fəaliyyət göstərən rəsmi "YouTube" kanalı 2 milyard baxış həddini ötüb. Oxu.Az xəbər verir ki, beynəlxalq analitik platforma "SocialBlade"in statistik göstəricilərinə əsasən, Baku TV-nin "YouTube" kanalı baxış sayına görə Azərbaycan üzrə "Xəbərlər və siyasət" kateqoriyasında birinci yerdə qərarlaşıb. Ənənəvi televiziya fəaliyyəti ilə yanaşı, rəqəmsal platformalar üzrə əldə olunan nəticələr Baku TV-nin ölkənin onlayn media məkanında lider mövqeyini möhkəmləndirib. Kanal baxış göstəricilərinə görə Azərbaycanın ən çox izlənilən xəbər və informasiya platformalarından biri kimi mövqe tutub. Baku TV-də yayımlanan operativ xəbərlər, analitik proqramlar, müsahibələr və xüsusi reportajlar geniş auditoriya tərəfindən izlənilir. Kanal gündəlik informasiya axınını operativ şəkildə işıqlandırmaqla yanaşı, ictimai-siyasi proseslər, sosial mövzular və regional hadisələrlə bağlı materiallar təqdim edir. "Global Media Group"a daxil olan Baku TV-ni sosial media platformaları ilə yanaşı, bütün yerli provayderlər vasitəsilə, həmçinin "Azərspace" peyki üzərindən Avropa və Asiyada izləmək mümkündür.
Mənbə oxu.az

Oxşar Xəbərlər