Digər

Türkiyə təyyarəsi İrəvana eniş etdi

11 Mar 2026, 19:24 2 baxış
Türkiyə təyyarəsi İrəvana eniş etdi

Türk Hava Yolları İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlara başlayıb.


Axar.az xəbər verir ki, bu barədə İrəvanın Zvartnots hava limanı məlumat yayıb.


Bildirilib ki, Türk Hava Yollarının İstanbul Beynəlxalq Hava Limanından ilk uçuşu 11 martda Zvartnots Beynəlxalq Hava Limanına çatıb.


“Uçuşun qarşılanma mərasimində Ermənistan Mülki Aviasiya Komitəsinin sədr müavini Stepan Payaslyan, Ermənistan Beynəlxalq Hava Limanlarının direktoru Marselo Vende və digərləri iştirak ediblər.


İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar hər gün həyata keçiriləcək və 14 maydan etibarən tezlik həftədə 10 reysə, 15 iyundan etibarən isə həftədə 14 reysə qədər artırılacaq”, - məlumatda qeyd edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər