Dünya

Aviaşirkətlər Yaxın Şərqdəki gərginliyə görə 1,6 milyard dollar itirdilər

11 Mar 2026, 15:54 2 baxış
Aviaşirkətlər Yaxın Şərqdəki gərginliyə görə 1,6 milyard dollar itirdilər
Yaxın Şərqdəki münaqişənin ilk 10 günündə 43 mindən çox təyyarə reysi ləğv edilib. Bu da ən azı 7.5 milyon sərnişinə təsir edib. Oxu.Az bildirir ki, bu barədə "Corriere della Sera" qəzeti xəbər yayıb. Nəşr qeyd edir ki, regionun ən böyük aviaşirkətlərinin itkiləri ən azı 1.6 milyard dollar civarında qiymətləndirilir. Rəqəmlərin daha da artacağı istisna edilməyib. Qəzetin məlumatına görə, regionda gərginliyin artdığı vaxtdan etibarən bütün aviaşirkətlər üzrə planlaşdırılmış uçuşların təxminən 55 faizi yerinə yetirilməyib. Buraya həm daxili, həm də beynəlxalq reyslər daxildir. Mütəxəssislər bildirirlər ki, uçuşların kütləvi şəkildə təxirə salınması və ya ləğv olunması aviasiya sektoruna ciddi iqtisadi zərbə vurub. Vəziyyət sabitləşməyəcəyi halda itkilərin artması qaçılmazdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər