İdman

Türkiyədə hakim qalmaqalı, "Mançester Siti"nin cəzası və Vinisiusun klonu: "TOP-al" dünya futbolunu təhlil edir - Video

05 Oct 2026, 20:30 2 baxış
Türkiyədə hakim qalmaqalı, "Mançester Siti"nin cəzası və Vinisiusun klonu: "TOP-al" dünya futbolunu təhlil edir - Video
Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışında dünya futbolunun gündəmində olan əsas məsələlər müzakirə edilib. Verilişdə İngiltərənin "Mançester Siti" klubunun maliyyə qaydalarını pozması ilə bağlı 115 maddə üzrə ittihamı, iş üzrə ortaya çıxan son məlumatlar və klubun mümkün cəzaları barədə danışılıb.

İngiltərə mətbuatında yayılan məlumatlara görə, klub 115 ittihamın 114-ü üzrə təqsirli bilinib. "Mançester Siti" isə qərarla razılaşmadığını açıqlayıb və apellyasiya prosesinin davam edəcəyini bildirib. Bundan əlavə, Türkiyə futbolunda hakimlərlə bağlı yaranan qalmaqal, son günlər gündəmi zəbt edən iddialar və bu məsələnin futbol ictimaiyyətində doğurduğu müzakirələr diqqət mərkəzində olub. Buraxılışda "Fənərbağça"nın Bakıda "Turan"a qarşı keçirəcəyi oyun da müzakirə edilib. İstanbul təmsilçisinin Azərbaycandakı qarşılaşması, komandanın Bakıdakı matçından gözləntilər və oyun ətrafında yaranan futbol atmosferi barədə fikirlər səsləndirilib. Həmçinin braziliyalı ulduz Vinisius Juniorla bağlı sosial şəbəkələrdə yayılan, onun öldürüldüyünü və yerinə başqa şəxsin keçdiyini iddia edən konspirasiya nəzəriyyəsi müzakirə olunub. Bu iddiaların əsası və belə məlumatların necə yayıldığı barədə fikirlər bölüşülüb. Bütün bunlar və dünya futbolunun digər aktual mövzuları "TOP-al"ın yeni buraxılışında müzakirə edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər