Digər
Ermənistanla sülh prosesinə dəstək veririk - İtaliya XİN
İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Azərbaycanın İtaliyadakı yeni səfiri Elçin Hüseynli ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə siyasi, iqtisadi və enerji məsələləri müzakirə edilib.
Bundan əlavə, nazir müavini İtaliyanın Ermənistanla sülh prosesinə dəstəyini davam etdirdiyini qeyd edib.
Mənbə
axar.az