İdman
Türkiyənin tanınmış hakimi həbs edildi
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Mərkəzi Hakimlər Komitəsinə qarşı aparılan istintaq çərçivəsində saxlanılan Türkiyə Super Liqasının hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində məhkəmə qərar verib. Oxu.Az bu barədə "TRT Haber" telekanalına istinadən xəbər verir. Bildirilib ki, Yasin Kol "danışılmış oyunlar", köməkçisi Göktuğ Hazar Erel isə "rəsmi sənədləri saxtalaşdırma" ittihamı ilə həbs olunub. Hər iki hakim həbsxanaya göndərilib.
Mənbə
oxu.az