Dünya
Hörmüz boğazında üç gəmiyə hücum edildi
Hörmüz boğazında üç gəmi naməlum mərmilərlə vurulub. Oxu.Az-ın "Reuters" nəşrinə istinadən xəbərinə görə, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO), dəniz təhlükəsizliyi xidməti nümayəndələri və özəl mənbələr məlumat verib. Bildirilib ki, zərbələrdən biri gəminin göyərtəsində yanğına səbəb olub və ekipajın böyük hissəsi təxliyə edilib. Dəniz təhlükəsizliyi xidmətindəki iki mənbənin sözlərinə görə, zərbənin hədəfi Tailand bayrağı altında üzən "Mayuree Naree" yük gəmisi olub və o, Omandan təxminən 11 dəniz mili şimalda zərər görüb. Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları İdarəsi yanğının söndürüldüyünü və ətraf mühitə hər hansı təsirin qeydə alınmadığını bildirib. Zəruri heyət gəmidə qalıb.
Mənbə
oxu.az