Dünya

İrandan körfəz ölkələrinə HEYRƏTAMİZ ÇAĞIRIŞ - "Sığınacaqların yerini deyin, vuraq"

11 Mar 2026, 10:34 2 baxış
İrandan körfəz ölkələrinə HEYRƏTAMİZ ÇAĞIRIŞ - "Sığınacaqların yerini deyin, vuraq"
İran körfəz ölkələrindən ABŞ və İsrail hərbçilərinin gizləndiyi ərazilərdəki sığınacaqların yerini açıqlamalarını istəyir. Oxu.Az xəbər verir ki, belə bir bəyanatla İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şikarçi çıxış edib. "Regionun müsəlman xalqından və ölkələrindən xahiş edirəm ki, bizə Amerika-sionist (ABŞ və İsrail nəzərdə tutulur - red.) qüvvələrinin gizləndiyi yerləri göstərsinlər. Ona görə ki, həm bu ölkənin xalqı əziyyət çəkməsin, həm də biz region ölkələrinin xalqından canlı qalxan kimi istifadə edənləri daha dəqiq vura bilək. ", - deyə o bildirib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər