Digər
Rusiya ordusu Ukraynanı bombaladı: 4 nəfər öldü
Rusiya ordusu Ukraynanın Slovyansk şəhərinin mərkəzinə aviabomba atıb.
Axar.az xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb.
Məlumata görə, şəhərə atılan aviabombalardan birinin çoxmərtəbəli yaşayış binasına düşməsi nəticəsində 4 nəfər ölüb, biri uşaq olmaqla 16 nəfər yaralanıb.
Bildirilir ki, ümumilikdə üç aviabombanın partlaması nəticəsində şəhərdə altı çoxmərtəbəli binaya ziyan dəyib.
Mənbə
axar.az