Digər

İran boş təhdidlərinizdən qorxmur! - Laricani

10 Mar 2026, 16:45 2 baxış
İran boş təhdidlərinizdən qorxmur! - Laricani

Aşuradan ilhamlanan İran xalqı sizin boş təhdidlərinizdən qorxmur.


Axar.az xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani özünün X səhifəsində ABŞ Prezidenti Donald Trampa cavab olaraq yazıb.


“Çünki sizdən güclü olanlar İran xalqını məhv edə bilməyiblər. Ona görə də diqqətli olun ki, yoxa çıxan siz ola bilərsiniz!”, - Laricani bildirib.


Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp öz səhifəsində Hörmüz boğazı bağlanacağı təqdirdə İrana 20 dəfə daha güclü zərbə vuracağı ilə bağlı xəbərdarlıq edib.

Mənbə axar.az

Oxşar Xəbərlər