Kriminal

Abşeronda yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb

10 Mar 2026, 01:18 1 baxış
Abşeronda yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsi, "Yeni yol" adlanan ərazidə baş verib. Belə ki, yolu keçmək istəyən piyadanı "Azsamand" markalı minik avtomobili vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. Hüquq-mühafizə orqanlarının əməkdaşları baş verən hadisə ilə bağlı araşdırma aparır.
Mənbə oxu.az

Oxşar Xəbərlər