İqtisadiyyat

Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO

29 Sep 2026, 02:00 3 baxış
Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO
Əmlak bazarında qiymətlərin yenidən artacağı gözlənilir. Hətta bəzi əmlak növlərində bu, özünü daha qabarıq büruzə verəcək. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, bunu Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib. Ekspert bildirib ki, kredit imkanlarının genişlənməsi daşınmaz əmlaka tələbi artıra bilər. Tələb yüksələrsə, bu, qiymətlərə də əlavə təzyiq yaradacaq. Xüsusilə torpaq və bünövrədən alınan ev seqmentlərində bunu daha aydın görmək mümkün olacaq. Sədrin sözlərinə görə, daşınmaz əmlak bazarında qiymətə təsir göstərən amillər çoxdur. Əsas məsələ pulun iqtisadiyyata hansı sürətlə daxil olması, kreditləşmənin genişlənməsi, əhalinin alıcılıq qabiliyyəti və yeni təklifin tələbi nə dərəcədə qarşılamasıdır. Kredit faizləri, ipotekaya tələbat, əhalinin gəlirləri və mənzil bazarındakı təklif də əsas amillər sırasındadır. Vüqar Oruc əlavə edib ki, bu ilin II rübündə mənzil bazarında qiymətlər illik müqayisədə 8,5 faiz, ilkin mənzil bazarında isə 11 faiz artıb. Yəni bazarda qiymət artımı artıq mövcuddur və şərtlərin yumşalması bu tendensiyanı əlavə olaraq dəstəkləyəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər