Kriminal
Gəncədə iki piyadanı avtomobil vurub
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Niva" markalı minik maşını yolu keçmək istəyən 1961-ci il təvəllüdlü M.Müseyibovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Digər hadisə isə şəhərin Poçt qəsəbəsində qeydə alınıb. Belə ki avtomobil yolu keçmək istəyən 2015-ci il təvəllüdlü İ.Musayevi vurub. Yeniyetmə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Hər iki faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az