Mədəniyyət
Rusiyalı musiqiçi: "SSRİ-də ilk rok klubunun yaradılmasında Dövlət Təhlükəsizlik Komitəsi rol oynayıb"
Rusiyalı musiqiçi, "Piknik" qrupunun keçmiş üzvü və Leninqrad rok klubunun həmtəsisçisi Nikolay Mixaylov SSRİ-də ilk rok musiqiçiləri birliyinin necə yaradıldığını xatırlayıb. Oxu.Az xəbər verir ki, o, bu barədə Lenta.ru-ya müsahibəsində danışıb. Mixaylovun sözlərinə görə, o dövrdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi rok musiqiçilərini bir yerdə toplamağa razılıq verib. "Görünür, bütün bu adamları bir yerdə toplamaq üçün göstəriş verilmişdi ki, onları zirzəmilərdə və çardaqlarda axtarmasınlar", - deyə o bildirib. Qeyd edək ki, Leninqrad rok klubu 1981-ci il martın 7-də yaradılıb və 1990-cı illərin əvvəlinə qədər fəaliyyət göstərib. Klub yaradılana qədər sovet rok musiqiçiləri konsertləri əsasən gizli şəkildə təşkil edir, bu tədbirlər tez-tez milis tərəfindən dağıdılırdı. Bəzən iştirakçılar saxlanılır, işdən çıxarılır və hətta cinayət məsuliyyətinə cəlb olunurdu.
Mənbə
oxu.az
Oxşar Xəbərlər