Dünya

ABŞ İrana zərbələr endirmək məqsədilə Britaniyaya dörd ədəd "B-1" bombardmançı təyyarələri göndərib

08 Mar 2026, 07:10 2 baxış
ABŞ İrana zərbələr endirmək məqsədilə Britaniyaya dörd ədəd "B-1" bombardmançı təyyarələri göndərib
ABŞ Hərbi Hava Qüvvələrinin dörd "B-1 Lancer strateji bombardmançı təyyarəsi İrana yeni zərbələrə hazırlığı çərçivəsində İngiltərənin cənub-qərbindəki Ferford hava bazasına köçürülüb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb. Məlumata görə, bombardmançılardan biri martın 6-da Britaniyaya gəlib, daha üç təyyarə isə martın 7-də bazaya yerləşdirilib. Böyük Britaniyanın Müdafiə Nazirliyi "B-1" təyyarələrinin gəlişini təsdiqləyib. "ABŞ İranın bölgədə Britaniya vətəndaşlarının həyatını riskə atan raket atışlarının qarşısını almaq üçün konkret müdafiə əməliyyatları məqsədilə Britaniya bazalarından istifadə etməyə başlayıb", - nazirliyin bəyanatında deyilib. Güman edilir ki, ABŞ İrana zərbələr endirmək üçün Ferford bazasından döyüş uçuşlarını "yaxın günlərdə" həyata keçirməyə başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər