Digər
Rusiya ABŞ və Türkiyədən izahat tələb etdi
Rusiya XİN ABŞ Konqresinin Ukraynaya Türkiyədəki Amerika silahlarının göndərilməsi ilə bağlı yaydığı məlumatdan sonra Vaşinqton və Ankaradan izahat istəyib.
Axar.az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, söhbət 12 reaktiv yaylım atəşi sistemi, 2,5 mindən çox kasetli sursat, 47 min 203 millimetrlik kasetli artilleriya mərmisi və “70 ATACMS” raketindən gedir:
“Mümkün silah transferinin təşəbbüskarı, vaxtı və həyata keçirilmə qaydası hələ də aydın deyil və Rusiya tərəfi vəziyyətin yenidən qiymətləndirilməsini vacib hesab edir”.
Mənbə
axar.az