Cəmiyyət
"Deputata müraciət etdim, dedi ki, su işlərinə baxan qadın çox həyasızdır" - VİDEO
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsinin sakinləri su problemindən əziyyət çəkirlər. Sakinlərin sözlərinə görə, artıq 10 gündür ki, əraziyə su verilmir. Oxu.Az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
"Artıq 3-4 ildir ki, yay mövsümündə yalnız gecələr su gəlir. Mən 4-cü mərtəbədə yaşayıram, su qablarını doldurmaq üçün gecə saatlarında oyanmalı oluruq. İndi isə artıq 10 gündür ki, ümumiyyətlə, su yoxdur. Evdə 1-ci qrup əlil xəstə var, onun gündəlik qulluğu üçün su lazımdır. Aidiyyəti qurumlara müraciət etsək də, problem həllini tapmır", - vətəndaşlardan biri söyləyib. Digər bir sakin isə vurğulayıb: "Şəkər xəstəsiyəm. İllərdir gecə saat 3-dən 6-dək damcı ilə gələn suyu yığmağa çalışıram. Evdə 3 yaşında körpə var, lakin təmiz su tapmadığımız üçün hətta yemək bişirməyə qab yoxdur. Vəziyyətimiz acınacaqlıdır". Başqa bir sakin isə bildirib ki, ötən il də eyni problemlə bağlı deputatlardan birinə müraciət edib: "Keçən il su məsələsi ilə bağlı deputatlardan birinə müraciət etdim. Deputat bildirdi ki, burada su işlərinə baxan qadın çox həyasızdır, ona söz demək olmur". Sakinlər su probleminin həlli üçün aidiyyəti qurumların tədbir görməsini istəyirlər.

Mənbə
oxu.az