İdman
Rusiya millimizə 13 qol vurdu, AFFA nəticəni gizlətdi - Foto
Azərbaycanın qızlardan ibarət U-15 yığması Qazaxıstanda keçirilən İnkişaf Turnirində Rusiyanın U-15 yığması ilə qarşılaşıb.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, oyun Rusiyanın 13:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ruslar ikinci hissədə 11 dəfə fərqləniblər. Qollardan 7-sini “Spartak”ın futbolçusu Nikola Mikaelyan vurub.
Maraqlıdır ki, avqustun 14-də keçirilən bu oyunun nəticəsi ilə bağlı AFFA heç bir məlumat verməyib.
Mənbə
axar.az