Dünya

İran Fransa diplomatlarını Tehranda gizli fəaliyyətdə ittiham edib

15 Aug 2026, 20:48 1 baxış
İran Fransa diplomatlarını Tehranda gizli fəaliyyətdə ittiham edib
İran Kəşfiyyat Nazirliyi iyul ayında Tehranda saxlanılan iki Fransa diplomatının ölkə vətəndaşları ilə gizli təmaslar qurduğunu bildirib. Oxu.Az xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı yayıb. Qurumun versiyasına görə, ələ keçirilən sənədlər Fransanın İran daxilində və xaricində təmas şəbəkəsi yaratmaq cəhdindən xəbər verir. Tehran iddia edir ki, diplomatlar gizli görüş zamanı saxlanılıb və daha sonra Fransa nümayəndələrinə təhvil verilib. Nazirlik əlavə edib ki, bu layihə ilə bağlı bəzi sənədlər Fransanın İrandakı keçmiş səfiri tərəfindən imzalanıb. İran tərəfi Parisdən izahat tələb edib və bu cür əməllərin təkrarlanacağı təqdirdə cavab tədbirləri görəcəyi ilə hədələyib. Fransa bundan əvvəl diplomatların bir neçə saat saxlanıldığını və səfirliklə əlaqə saxlamalarına icazə verilmədiyini bəyan etmişdi. Parisin versiyasına görə, diplomatlardan biri fiziki zorakılığa məruz qalıb. İran isə döyülmə ilə bağlı ittihamları rədd edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər