Dünya
Fransada 1600 hektar meşə sahəsi külə döndü - VİDEO
Fransanın cənub-qərbində yerləşən Land departamentinin Lüqlon kommunası ərazisində bir gecə ərzində 1 580 hektar meşə sahəsi yanaraq kül olub. Oxu.Az xəbər verir ki, bu barədə "CNews" telekanalı regionun prefekti Jil Klavarelə istinadən məlumat yayıb.
Land departamentinin yanğından mühafizə və xilasetmə xidmətinin rəhbəri Arno Fabrın sözlərinə görə, əvvəlcə vəziyyət nəzarət altında olub. Lakin saat 04:30-da (Bakı vaxtı ilə 06:30-da) alov yenidən güclənib. "Bura texnikamızın daxil olması üçün olduqca çətin relyefə malik ərazidir. Bu səbəbdən qüvvələrimizin böyük bir qismini cəlb etməyə məcbur olduq. Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində alovun daha da yayılmasının qarşısını almaq mümkün oldu", - deyə Arno Fabr açıqlayıb. Həmçinin bildirilir ki, alovun genişlənməsi təhlükəsi səbəbindən təxminən 650 nəfər ərazidən təxliyə edilib. Qeyd edək ki, bu, sözügedən departamentdə son bir ay ərzində qeydə alınan ikinci irimiqyaslı yanğındır.

Mənbə
oxu.az