Kriminal

15 il həbs verilən görmə məhdudiyyətli məhkumun cəzası azaldıldı - FOTO

07 Mar 2026, 16:06 1 baxış
15 il həbs verilən görmə məhdudiyyətli məhkumun cəzası azaldıldı - FOTO
Lökbatanda tanışını qətlə yetirməkdə təqsirli bilinən görmə məhdudiyyətli Qulu Abbasovun cəzası azaldılıb. Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bununla bağlı Ali Məhkəmə qərar qəbul edib. Məhkəmə kollegiyası məhkumun əməlini xüsusi amansızlıqla adam öldürmə maddəsindən daha yüngül olan qəsdən adam öldürmə maddəsinə tövsif edib. Yeni qərarla Q.Abbasovun cəzası 15 ildən 13 ilə endirilib. Qeyd edək ki, 43 yaşlı məhkum qonşusu Xanlar Əmirovu bıçaqla qətlə yetirib. Məhkəmədə cinayətin qısqanclıq zəminində baş verdiyi bildirilib.
15 il həbs verilən görmə məhdudiyyətli məhkumun cəzası azaldıldı - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər